Əli Kərimli Müsavatın qurultayına getməyəcək

Əli Kərimli Müsavatın qurultayına getməyəcək
  26 Sentyabr 2014    Oxunub:1713
AXCP sədri Əli Kərimli Müsavat Partiytasının sentyabrın 27-də keçiriləcək qurultayına qatılmayacaq.
Bu barədə AzVision.az-a AXCP-dən bildirilib.

Qeyd edilib ki, Müsavatın qurultay dəvətinə baxmayaraq, Ə.Kərimli tədbirə qatılmaq niyyətində deyil. AXCP-ni qurultayda partiya funksionerləri təmsil edəcəklər.

Qeyd edək ki, son vaxtlar AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında münasibətlər demək olar ki, yox dərəcəsindədir. Ə.Kərimli bundan öncə Müsavatın keçirdiyi bir neçə tədbirə dəvət alsa da imtina etmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti