Qərbin Azərbaycana qarşı `mavi təxribatı`

Qərbin Azərbaycana qarşı `mavi təxribatı`
  26 Sentyabr 2014    Oxunub:9167
Britaniyanın “The Guardian” qəzetində Azərbaycanda guya mavilərin sıxışdırılması ilə bağlı bir yazı dərc olunub. Orijinal variantını BURADA oxuya biləcəyiniz yazıda Azərbaycanda 2 gün əvvəl nişanlanan gay cütlükdən söhbət açılır.

Məqalədə deyilir ki, homoseksualist oğlanlar “nişan” mərasimindən sonra ölüm hədələri aldıqlarından, gizlənməyə məcbur olublar.

Məqsədimiz yazının məzmununu çatdırmaq deyil. Sadəcə olaraq, bu hadisə ilə bağlı yaradılan ajiotajın mexanizmini çözməkdir.

Azərbaycanda iki “mavi”nin nişanlanması sentyabrın 24-də olub. Buna görə onlara heç bir təzyiq edilməyib, sadəcə, facebook-da bəzi hədələr ünvanlanıb. Bu, ölkə miqyasında belə, çox əhəmiyyətsiz hadisədir. Amma cəmisi 2 gün keçmir ki, “The Guardian” kimi qlobal bir nəşr bu hadisədən geniş məqalə dərc edir. Hətta LGBT Azərbaycan Alyansının rəhbəri, “nişanlanan” gənclərdən biri Cavid Nəbiyevdən intervü də alırlar.

Sual olunur: Azərbaycanda iki “mavi”nin nişanlanması və bir dəstə qaqaşın qeyrət krizinə girərək, buna görə onları hədələməsi nə dərəcədə qlobal hadisədir ki, “The Guardian” kimi nəşr təcili şəkildə ona reaksiya verir?

Doğrudanmı, “The Guardian”ın redaksiyasında Azərbaycandakı “mavi”lərin həyatı üzrə ixtisaslaşan jurnalistlər var? Yoxsa bu mövzu sadəcə olaraq, onlara ötürülüb?

Maraqlısı odur ki, “The Guardian”dan dərhal sonra `Azadlıq` Radiosunun Azərbaycan redaksiyası da həmin məqalənin tərcüməsini saytında yerləşdirib. Burada məqsəd təkcə oxucu marağıdırmı? Çətin. Axı, dediyimiz kimi, həmin mövzu o qədər də əhəmiyyətli deyil, facebook dedi-qodusu səviyyəsində hadisədir. Azərbaycanda gerçək homofobiya yoxdur.

Sadəcə olaraq, “Azadlığ”ın Azərbaycan redaksiyası da eyni mexanizmin tərkib hissəsidir və “The Guardian”la eyni məqsədə xidmət edir. Yəni o da Azərbaycana qarşı “mavi təxribat”ın iştirakçısıdır.

Məqsədsə odur ki,

1) Azərbaycan Avropada homofobiyanın olduğu dövlət kimi tanıdılsın. Hazırda Qərbdə cinsi azlıqların hüquqları `insan haqları` anlayışının mühüm istiqaməti kimi qəbul olunur. Ona görə də, Azərbaycanda guya mavilərin hüquqlarının pozulduğunu demək Qərbdə ölkənin imicini ləkələməyin ən yaxşı yollarından biridir.

2) Bu cür materiallar Azərbaycanda cinsi azlıqların çoxalmasını və yayılmasını təşviq edir. Bu isə ölkədə sağlam gəncliyin yetişməsinin qarşısını alır.

Yəni bu hadisənin dünya mediasında qabardılması həmin iki məqsədə xidmət edir. Qərbdəki bəzi dairələr Azərbaycanı “mavi kartla” vurmağa çalışırlar. Buradakı əlaltıları isə onlara yardım edir.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti