Arif Hacılı Müsavatın yeni başqanı oldu

Arif Hacılı Müsavatın yeni başqanı oldu
  28 Sentyabr 2014    Oxunub:2417
Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, səsvermənin nəticələri bəlli olub. İlk olaraq namizədlərdən Arif Hacılının səsləri sayılıb.

450 nəfər səsvermədə iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Yerdə qalan 448 nəfərdən 228-i Arif Hacılıya səs verib. Beləliklə, Arif Haclı Müsavat Partiyasının yeni başqanı oldu.

AzVision.az


Teqlər:  



Xəbər lenti