Bakıda şadlıq evi yandı

Bakıda şadlıq evi yandı
  29 Sentyabr 2014    Oxunub:1909
Bakı şəhəri, Binəqədi rayonuunda yerləşən şadlıq evlərindən birində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, vətəndaşa məxsus üçmərtəbəli şadlıq evinin 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd plafon yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 0,5 kv.m sahədə qarsalanıb. Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti