İlham Əliyev Ruhani ilə görüşdü

İlham Əliyev Ruhani ilə görüşdü
  29 Sentyabr 2014    Oxunub:1939
Prezident İlham Əliyev Həştərxan səfəri çərçivəsində İran prezident ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan ilə İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti