`Arif Hacılını başqan kimi tanımırıq`
Bunu Aktual.az-a Mərkəzi Nəzarət Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı deyib.
O, Arif Hacılını başqan kimi tanımadıqlarını da bildirib: "Biri var, seçki siyasətini nizamnaməyə uyğun formalaşdırasan, biri də var ki, nizamnaməni öz siyasətinə uyğunlaşdırasan. Bunlar qanunu öz xeyirlərinə uyğun tərtib etdilər. Buna görə mən və tərəfdarlarım onu başqan kimi tanımırıq.
Ə.Talışxanlı səbəb kimi seçkiyə qədər baş verən qanun pozuntlarını göstərib: “Qaldı partiyadan gedib-getməmək məsələsinə, bu barədə yekun qərarımı 2-3 günə açıqlayacağam. Amma indi meydanı tək qoymaq istəmirik. MNTK-nın üzvü kimi, mən 92-ci ildə bu səlahiyyətə malik idim. Elə buna görə də, partiya daxilində məni yaxşı tanıyırlar. Təsəvvür edin, mən Məclisə keçmirəm, amma hansısa tanınmamış sima keçir. Onu da qeyd edim ki, mənimçün başqan Qubad İbadoğludur".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


