Müəllimlərin maaşı artdı

Müəllimlərin maaşı artdı
  30 Sentyabr 2014    Oxunub:2735
Tibb Universitetində çalışan işçilərin əmək haqqı artırılıb.
ATU-dan AzVision.az-a verilən məlumata görə, rektor, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti