`Arif Hacılı savadsız adamdır` - Rəsul Quliyev
Bundan öncəki çıxışında olduğu kimi, R.Quliyev bu dəfə də Müsavatı sərt tənqid edib:
“Təəssüflə qeyd etmək lazımdır ki, qurultay üzvlərinin içərisində gənclərə rast gəlmək mümkün deyildi. Təəssüflə qeyd etmək lazımdır ki, özünü aparıcı hesab edən Müsavat Partiyasının başqanlığına hökümətin istənilən nazirinin müavinindən intellektual, dünya görüşü, peşəkarlığına görə qat-qat aşağıda duran, az savadlı, talantsız bir adam gətirilib.
90 yaşlı, həyatda heç vaxt heç bir uğuru olmamış ağsaqqal Cəmil Unalı özlərinə idol seçmiş partiya öz gücü ilə hansı mübarizəni uda bilər, heç bir Cəmil müəllim ağsaqqal bir insandır, onu yuxarı başda oturtmaq normaldır və belədə olmalıdır. Ancaq onu idol kimi təqdim edən insanların həyatda öz plan və proqramları ola bilməz.
Əgər Müsavat partiyası sözün əsl mənasında ölkədə demokratiya uğrunda mübarizə aparmaq istəyirsə qurultayının qərarlarını ləğv etməlidir, gənclərin , yəni 40 yaşa qədər, sayının ən azı 50 faiz təşkil etdiyi qurultay nümayəndələri seçməlidir. Qurultay nümayəndələrinin sayı 100 adamdan artıq olmamalıdır və bu qurum özünə yüksək intlektual, xarizmatik və talantlılardan idarə heyəti yaratmalıdır.
Ancaq belə olsa bu partiyanın gələcəyi ola bilər. Əks halda daha bir 10 ildən sonra partiya bütövlüklə Unal müəllim kimi ağsaqqallardan ibarət olacaq”.
A.Rüstəmov







Vaxtında, Aydın, Lazımlı!


