Oqtay Əsədov: `Sən kimsən ki, bunu bizə deyirsən`
AzVision.az-ın məlumatına görə, spiker bildirib ki, bu barədə AŞPA sədri Ann Brassörlə söhbət edib və ona sual ünvanlayıb:
“Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör Azərbaycana səfər etmişdi. Bizim də onunla görüşümüz oldu. Görüş zamanı mən ona sual verdim ki, siz Azərbaycan, Gürcüstan eləcə də Ermənistandakı QHT-lərlə görüşürsünüz. Dedi: əlbəttə. O zaman mən ondan soruşdum ki, niyə Azərbaycanın QHT-lərinə ayrılan vəsait Gürcüstandan, Ermənistandan 10 dəfə çoxdur. O başını aşağı saldı”,-deyə Oqtay Əsədov deyib.
Daha sonra spiker qeyd edib ki, Avropadan Azərbaycandakı QHT-lərə qrantlar verilir və onların qarşısında müəyyən tələblər qoyulur:
“Onlar bu vəsaiti vergidən də yayındırırlar. Nəyə görə, Avropa Azərbaycanın daxili işlərinə qarışır? O sadəcə tövsiyyələr verə bilər. Beynəlxalq təşkilatlar bəyanatlar hazırlayır və deyir ki, bu insanlar qeyri-şərtsiz azadlığa buraxılsın. Sən kimsən ki, bunu deyirsən? Sən sadəcə tövsiyyə verə bilərsən”.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


