Milli Məclisdən Avropa Parlamentinə ETİRAZ

Milli Məclisdən Avropa Parlamentinə ETİRAZ
  30 Sentyabr 2014    Oxunub:1966
“Avropa Parlamentinin Azərbayacana qarşı hansısa qüvvələrin təzyiqini göstərmək üçün bir sıra qətnamələr qəbul etməsi adət halını alıb”.
AzVision.az-ın məlumatına görə, bunu spiker Oqtay Əsədov parlamentin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, say hesabı ilə baxanda bu, 4-cü qətnamədir:

“Fikir versək görərik ki, qətnamə sentyabrın 18-də qəbul olunmuşdu. Sentyabrın 20-də isə AŞPA-nın sədri Azərbaycana gəldi. Bu səbəbdən onların məqsədlərini açıq-aşkar başa düşmək olar. Əsas məsələ odur ki, qətnaməni qəbul edən deputatların 46-nəfərindən 25-i Azərbaycanda heç vaxt olmayıb. 756 deputatın arasında 46 deputatın təklifi ilə müasir dövrdə səsvermə əllə keçirilib”.

Spiker prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin düzgün olduğunu qeyd edib:

“Bununla da heç bir kənar qüvvələr müstəqil siyasətimizə təsir edə bilməyəcək. Hesab edirəm ki, Avropa Parlamentinin qarşısında Azərbaycan parlamentinin heç bir öhdəliyi yoxdur. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf etdirmək üçün də Avronest PA yaratdıq. Təəssüf ki, Avropa Parlamenti öz təşkilatları ilə bir yerdə Azərbaycanla parlament məsləhətlərini inkişaf etdirmək əvəzinə, öz yaratdıqları təşkilatları geridə qoyurlar. Buna görə də istədikləri qətnamələri qəbul edirlər”, - deyə O. Əsədov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Spiker çıxışı zamanı bu kimi qətnamələrə qarşı bəyanat qəbul etməyin zəruriliyini vurğulayıb:

“Bununla bağlı xüsusi redaksiya komissiyası yaradılsın. Komissiyada həm də Avronest PA-nın nümayəndələri də olmalıdır. Biz də öz fikrimizi bildirməliyik. Müraciət edərək başa salmayılıyıq ki, gələcəkdə bu kimi təşkilatlarla işləməyin bir mənası varmı? Hər dəfə onlara yaxınlaşmaq üçün can atırıq, lakin bunun əvəzində onlar bizə ikili münasibətlər göstərirlər. Təklif edirəm ki, Valeh Əsgərovun rəhbərliyi ilə redaksiya komissiyası yaradılsın. Üzvlər isə millət vəkilləri Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyev olsun. Bəyanat hazırlansın və günün sonunda səsləndirilsin”.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti