Hava kəskin pisləşib - Nazirlik
Nazilikdən AzVision.az-a verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı aşağıdakı kimi olub:
Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm.
Digər rayonlarda: Lənkəran-Astara zonasında: 1-5, Böyük Qafqazda: 1-10, Kiçik Qafqazda: 1-8, Mərkəzi Aran rayonlarında: 1-11, Qazax-Gəncə zonasında: 1-4, Naxçıvan MR-da: 3, Bakıda və Abşeron yarımadasında: 0.4-0.6 mm.
Külək: Şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.
Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


