Parlamentin iş planı qəbul edildi

Parlamentin iş planı qəbul edildi
  30 Sentyabr 2014    Oxunub:1255
Milli Məclis 2 saatlıq müzakirədən sonra payız sessiyasının iş planını qəbul etdi.
AzVision.az xəbər verir ki, müzakirələr zamanı 20-yə yaxın deputat gündəliklə bağlı təkliflərini səsləndirdi. Bir çox qanun və məcəllələrə dəyişikliklər etməklə bağlı fikirlər səsləndirildi.

Qeyd edək ki, parlamentin yaz sessiyasında 12 iclas keçirilib, 131 qanun və qərar qəbul edilib, dövlətimizin hüquq bazası daha da təkmilləşdirilib.

Milli Məclisdən verilən məlumata görə, ötən sessiya ərzində quumçun beynəlxalq əlaqələri də genişləndirilib. Deputatlardan ibarət 75 nümayəndə heyəti 38 ölkəyə səfər edib.

Öz növbəsində millət vəkilləri Türkiyədə prezident, Serbiyada parlament seçkilərində müşahidəçi qismində iştirak ediblər. 40-dan çox ölkənin 67 nümayəndə heyəti də bu müddət ərzində Milli Məclsidə qonaq olub.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti