Elman Türkoğlu Xədicə İsmayılı məhkəməyə verdi
Bundan başqa, Xədicə İsmayıl onun narkotik maddələrdən istifadə etməsi, 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslərlə cinsi əlaqədə olması haqda məlumat yaymışdı.
Həmçinin bildirmişdi ki, Elman Türkoğlu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlayıb. Bu məlumatlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmışdı.
AzVsion.az-ın əldə etdiyi məlumata əsasən, bununla əlaqədar olaraq Elman Türkoğlu (Həsənov) Xədicə İsmayılın Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


