Millət vəkili AŞPA-da ermənilərə sərt cavab verdi
`Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanı təmsilçisinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkilinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür.
Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bunlardan danışsa daha yaxşı olardı. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışını Azərbaycana həsr etməkdənsə öz ölkəsində insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı. Avropa Şurası, Parlament Assambleyası da daxil olmaqla çox sayda beynəlxalq təşkilatlar Ermənistanı insan haqlarının tapdanması da daxil olmaqla çox məsələlərdə tənqid edirlər.
Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb:
“Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münasibətini bildirməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar.”
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


