İspaniyalı qonaq Qarabağ məsələsinə toxundu

İspaniyalı qonaq Qarabağ məsələsinə toxundu
  03 Oktyabr 2014    Oxunub:1496
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İspaniya parlamentinin İspaniya-Azərbaycan dostluq qrupunun rəhbəri Xose Maria Çikio oktyabrın 2-də Milli Məclisdə olub.
AzVision.az xəbər verir ki, Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı görüşdə ölkələrimizin əlaqələrinin getdikcə inkişaf etdiyini vurğulayaraq parlamentlərarası əməkdaşlığın səmərəsindən danışıb.

Xose Maria Çikio Humanitar Forumda iştirakından məmnunluğunu bildirib, bu tədbirdə müzakirə olunan məsələlərin müasir dünyamız üçün faydalı olacağına əminliyini vurğulayıb.

İspaniyalı qonaq Azərbaycanda yenidən səfərdə olmaqdan çox sevindiyini deyib, ölkəmizə hər səfərində onda xoş təəssüratların yarandığını deyib.

Xose Maria Çikio xalqımızın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq İspaniyanın bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini söyləyib. O, problemin tezliklə ədalətli şəkildə həllini tapacağına və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıdacağına ümidvar olduğunu bildirib. İspaniya-Azərbaycan dostluq qrupunun rəhbəri vurğulayıb ki, BMT və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qəbul etdikləri sənədlər kağız üzərində qalmamalıdır.


Teqlər:  



Xəbər lenti