Partiya sədri `Azadlıq` radiosunu məhkəməyə verir

Partiya sədri `Azadlıq` radiosunu məhkəməyə verir
  03 Oktyabr 2014    Oxunub:1763
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azadlıq radiosu”nu məhkəməyə verəcək.
Bu barədə AzVision.az-a partiya sədri özü məlumat verib. O bildirib ki, `Azadlıq` radiosunu AXCP sədri Əli Kərimlinin radionun efirində onun ünvanına səsləndirdiyi fikirlərə görə məhkəməyə vermək istəyir.

“Əli Kərimli `Azadlıq` radiosunda bizim ünvanımıza xoşagəlməz sözlər işlədib. Biz “Azadlıq radiosu”ndan tələb etmişdik ki, bizi də verilişə çağırıb dinləsinlər. Bizim ünvanımıza olmazın sözlərini deyirlər və birtərəfli mövqe sərgiləyirlər”.

Partiya sədri hesab edir ki, `Azadlıq` radiosu onu da verilişə dəvət edib mövqeyini öyrənməlidir: “Əgər demokratiyadırsa, hər tərəfli olmalı, hamının fikri öyrənilməlidir. Təkcə Əli Kərimlini dəvət edirlər, bu da xalqda çaşqınlıq yaradır. Ona verilən vaxt qədər mənə də vaxt verilməlidir ki, fikrimi bildirim”.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iki gün öncə `Azadlıq` radiosunda dəvət olunduğu verilişdə Milli Şuranın mitinqdən danışaraq onlarla eyni gündə aksiya təyin edən Müasir Müsavat Partiyası haqqında tənqidi fikirlər səsləndirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti