Qubad İbadoğlu çağırış etdi

Qubad İbadoğlu çağırış etdi
  03 Oktyabr 2014    Oxunub:1590
“Son vaxtlar ayrı-ayrı müstəvilərdə, xüsusən sosial şəbəkələrdə müsavatçılar arasında qarşılıqlı ittiham üzərində qurulan müzakirələri zərərli hesab etdiyimdən Müqəddəs Qurban Bayramı öncəsi Sizə səslənirəm”.
AzVision.az xəbər verir ki, bu fikirləri Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Facebook səhifəsində bildirib.

Müsavatın yeni başqanı Arif Hacılı ilə qalmaqal yaşayan Q.İbadoğlu Qurban bayramı ilə əlaqədar tərəfdarlarını ittihamlara son qoymağa çağırıb:

“Birlik və bərabərlik bayramı hesab olunan bu əziz günlərdə hər bir müsavatçı partiyadaşımdan böyük anlayış, qarşılıqlı hörmət və siyasi dözümlülük gözləyirəm.

Son nəticədə Müsavat üçün zərərli olan bu müzakirələri dayandırmağın bu əziz gündə edəcəyimiz ən böyük savablardan biri kimi taleyimizə yazılacağına inanıram”.

AzVision.az


Teqlər:  



Xəbər lenti