Beynəlxalq Forum iştirakçıları Şəkidə olub - FOTOLAR

Beynəlxalq Forum iştirakçıları Şəkidə olub - FOTOLAR
  05 Oktyabr 2014    Oxunub:1715
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu bu gün Şəkiyə səfər edib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, qrupun Şəkiyə səfəri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.

Forum iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Daha sonra onlar sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.

Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi, XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki Cümə Məscidi və Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti