“Multikulturalizm Azərbaycanda həyat tərzidir”

“Multikulturalizm Azərbaycanda həyat tərzidir”
  05 Oktyabr 2014    Oxunub:1801
“Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.

AzVision.az AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində söyləyib.

“Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”, - deyən dövlət başçısı Azərbaycanin irəli sürdüyü bir neçə təşəbbüsün artıq həyatda öz yerini tapmasının və bu təşəbbüslər ətrafında yeni imkanların yaranmasının təsadüfi olmadığını vurğulayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti