Sabah yağış yağacaq-Hava proqnozu
Azərbaycanın rayonlarında da oktyabrın 7-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 14-19, dağlarda gecə 1-5, gündüz 5-8 dərəcə isti olacaq.
Oktyabrın 7-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


