Bakı restoranlarında “kişi qadağası”
AzVision.az-ın əldə etdiyi məlumata görə, xoşagəlməz olayların təkrarlanmaması üçün Bakının tanınmış restoranlarında kişilərin şou-proqramlara qrup halında qatılmasına icazə verilmir. Restoranlar şou-proqramlara yalnız ailəvi və cütlüklərin gəlməsinə razılıq verir.
Müşahidələrimiz zamanı analoji qadağaların tətbiq edilməsinin şahidi olduq. Məşhur “Ay işığı” restoranında söhbətimiz zamanı qadağaya belə aydınlıq gətirilib:
“Biz də ancaq ailəvi şənliklərin keçirilməsinə, kollektiv mərasimlərə icazə verilir. Artıq bir neçə vaxtdır bir bu prinsiplə işləyirik. Cütlüklər də bizim qonağımız ola bilərlər. Lakin müdriyyət tərəfindən kişilərin qrup şəkilində hər hansı mərasim keçirməsinə icazə verilmir”-deyə restorandan bildirib.
Bu qadağanın kişilərin spirtli içkilər qəbul edərək qonşu masalarda əyləşən qonaqlara, xüsusən də qarşı cinsin nümayəndələrinə söz atması, xoşagəlməz davranışlara yol verməsi ilə bağlı olduğu qeyd edilir.
Bundan əlavə istirahət mərkəzlərində müştərilər arasında dava və s. bu kimi xoşagəlməz olayların qarşısını almaq üçün mühafizə xidməti gücləndirilib.
Anar RÜSTƏMOV
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


