Ermənilər yenə atəşkəsi pozdular

Ermənilər yenə atəşkəsi pozdular
  07 Oktyabr 2014    Oxunub:1589
Erməni Silahlı Qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti