İŞİD-lə mübarizə neçəyə başa gəlib?

İŞİD-lə mübarizə neçəyə başa gəlib?
  07 Oktyabr 2014    Oxunub:1615
İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-a 1,1 milyard dollara başa gəlib.
B bu rəqəm ABŞ mərkəzi komandanlığının yaydığı hesabatda qeyd olunub.

Hesablama dövrü iyunun ortasından başlayaraq bu günə kimi aparılan hərbi əməliyyatlar və Vaşinqtonun ordu göndərməsinə xərclənən pulları əks etdirir. Hesabata əsasən yalnız 62 milyon dollar aviazərbələrə və “Tomaqavk” qanadlı raketlərin buraxılmasına xərclənib.

Hərbi Dəniz Qüvvələri ümumilikdə 47 qanadlı raket olmaqla, 185 mərmidən istifadə edib. Məhz onların köməkliyi ilə hərbiçilər Suriyanın Hələb şəhərində Horasan hərbi birləşməsi qüvvələrinə zərbələr endirib. Bu qrupun nümayəndələri ABŞ ərazisində terror aktı planlaşdırırdı.

Öz növbəsində Hərbi Hava Qüvvələri əməliyyatlar zamanı min raket və bombadan istifadə edib.

Ümumi hesablamalara görə isə Pentaqon Suriya və İraqda gündəlik 10 milyon dollar pul xərcləyir. Burada hücumların intensivliyi artdıqca və genişləndikcə xərclənən pullar müvafiq olaraq artır.(ans)


Teqlər:



Xəbər lenti