Azərbaycana qar yağır

Azərbaycana qar yağır
  07 Oktyabr 2014    Oxunub:3002
Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə ilk qar yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yağıntı əsasən Quba və Qusar rayonları ərazisinə düşüb.

Qubanın Xınalıq, Qırız, Əlik, Qırız dəhnə, Qusarın Ləzə, Sudur və s. kəndlərində yaşayış məntəqələrinə qar oturub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Xınalığa 10, Qırız kəndə 2 sm qar düşüb.

Qeyd edək ki, hazırda bölgəyə qar yağıntısı davam edir.
Bundan öncə isə Qax və Qəbələnin dağlarına qar yağmışdı.


Teqlər:



Xəbər lenti