Qubad İbadoğludan İsa Qəmbərə cavab
“Bəzi şəxslər bu açıq və konstruktiv müzakirələrə töhfə vermək əvəzinə, həmin tədbirdə guya İsa bəyin ünvanına təhqir səsləndiyini iddia edir, heç bir istinad göstərmədən, diqqəti bu məsələyə yönəltməklə dünən 150-dən çox Müsavatçının iştirak etdiyi təbdirin əhəmiyyətini azaltmağa çalışırlar. Bir daha bəyan edirəm ki, mənim idarə və iştirak etdiyim tədbirdə nəin ki, İsa Qəmbərin və hətta sıravı müsavatçıların ünvanına təhqir səsləndirlməyib, əgər səsləndirilərdisə, ilk növbədə cavablarını məndən alardılar, mən buna əsla yol vermərəm”.
Tədbir zamanı tənqidlərin səsləndiyini, bunun partiyadaxili demokratiyanın inkişafına xidmət etdiyini və vacib olduğunu qeyd edib: “Müsavatda qurultaydan sonrakı fəaliyyət istiqamətlərimizi müəyyən etmək etmək üçün dəyərli partiyadaşlarımızla məsləhətlərimiz zamanı açıq və səmimi söhbətlərimiz olub. Müzakirələrdə hər bir iştirakçıya öz mövqeyini paylaşdırmaq imkanı yaradılıb. Bu zaman partiya rəhbərliyinin siyasəti tənqid olunsa, heç bir şəxsin ünvanına təhqir söylənilməyib. Biz tərəfdarlarımızla Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair təkliflərimizi müzakirə etmişik. Qərara almışıq ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayış hazırlayaq və onu daxili araşdırma üçün təqdim edək. Bütün bunlar bizim Müsavatın gələcyini düşünməyimizdən və ona olan narahatçılığımızdan irəli gəlib. Bu sənədlər hazırda müsavatçıların müzakirəsindədir. Sizlərdən də rəylər gözləyirik”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


