Allahşükür Paşazadə Nobel ala bilər - VİDEO

Allahşükür Paşazadə Nobel ala bilər - VİDEO
  09 Oktyabr 2014    Oxunub:3046
Allahşükür Paşazədənin Nobel Sülh Mükafatına təqdimatı veriləcək.
İsveçdə Nobel həyəcanı davam edir.

ANS TV-nin məlumatına görə, Nobel həftəsində bu gün 2014-cü ildə kimya üzrə Nobel mükafatının sahibinin adı məlum oldu. Mükafata Erik Betçiq, Stefan Hell və Uilyam Morner soyadlı 3 alim layiq görülüb. Onlar super-fluoressent mikroskopiyasını işləyib hazırladıqlarına görə mükafatlandırılıblar. Kimya üzrə Nobel mükafatı laureatı Nobel həftəsində adı açıqlanan üçüncü laureatdır. Bu həftənin əvvəlindən etibarən Nobel mükafatı tibb və fizika sahəsində öz sahiblərini tapıb. Nobel mükafatlarının adlarının açıqlandığı bir vaxtda Azərbaycandan bu mükafatı indiyə qədər heç kimin əldə edə bilməməsi marağı ilə ötən gündən başladığımız araşdırmaları söz verdiyimiz kimi davam etdiririk. Bir halda ki, bu mükafatın təsis edildiyi pulların bir hissəsi azərbaycandan qazanılıb.

Azərbaycanda Nobel İnformasiya Mərkəzi hələ 90-cı illərin sonlarında Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır. Məqsəd də əlbəttə ki, azərbaycanlı alimlərin, ədəbiyyat və siyasət adamlarının fəaliyyətini nəzərdən keçirmək və layiq olanların adlarını Nobel mükafatına təqdim etməkdir.

Əksəriyyətinizin üzündə yaranan təəccüb ifadəsini daha bir xəbər ilə artıra bilərəm. Bu qurum illərdir ki, azərbaycanlı alimlərin elmi işlərini Nobel Komitəsinə təqdim edir. Məslən, uzağa getməyək, 2010-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyevin bir kəşfi Nobel Komitəsinə təqdim edilib. Kəşf insanın ölümdən qabaq canlanmasının, gözəlləşməsinin mahiyyətini açır və professora görə, el arasında nə yaman gözəlləşmisən, birdən ölüb eləyərsən - deyimi elə-belə təsadüfdən yaranmayıb. Onun elmi əsasları var. Telman Əliyevin əsəslandırmasına görə, insanda olan enerjinin bir hissəsi onun hərəkətinə sərf olunursa, müəyyən hissəsinin üzərində təbiət qadağa qoyub.

“O enerji nə üçün sərf olunur. Bəs, insanın yaşamasına. Əks halda bəzi adamlar elə ağır işə düşür ki, o enerjisinin 100 faiz ona sərf etmək istəsə, məhv olub gedər. Həmin enerjini ölüm qabağı təbiət onun üzərindən qadağanı götürür. Bir analıq insan başlıyır gümrahlaşmağa”, - deyə professor Telman Əliyev bildirdi.

Düzdür, Telman Əliyevin bu kəşfi Nobel Komitəsində oturanların diqqətini cəlb etməyib. Amma alimimiz indi ikinci bir kəşf ilə yenidən bəxtini sınamaq istəyir. Bu təbiətdəki müxtəlifliliklə bağlı çox maraqlı kəşfdir və professor bu elmi işini birincidən qat-qat dəyərli sayır. Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərov isə deyir ki, bu gün Azərbaycanda çox uğurlu kəşfləri olan alimlərimiz var. Sadəcə, təqdimat azdır və bu da səbəbsiz deyil.

"Məmməd Qasımov gizli səsə vermədə amerikalı həmkarından iki səs hesabı ilə geri qalıb. Bu isə Azərbaycan elimində böyük uğurdur", deyə Bəyabala Ələsgərov bildirdi.

Müsahibim misal kimi nanotexnologiyalar sahəsində iqtisadi cəhətdən çox səmərəli bir kəşfin adını çəkdi. Deyir onun Nobeli qazanma şansı da çox idi. Hətta lazım olan vəsait də köçürülmüşdü, amma nəsə alınmadı. Bu yerdə xatırladım ki, Nobel Mükafatına təqdim olunan işlərə ən azı 4 instansiya rəy verməlidir. Üstəgəl, ölkədəki minimum əməkhaqqının 30 misli qədər pul köcürülür. Bu elə də böyük məbləğ deyil. Hardasa 3 min manata qədər vəsait deməkdir. Amma adətən bizim alimlərin qarşılaşdığı əngəllər pulla bağlı yox, xüsusilə şəxsi konteksdə olur. Paxıllıq və özümüzə xas digər xüsusiyyətlər bu məsələdə əlbəttə ki, sözünü deyir. Amma bütün bunlar təbii ki, pessimistləşmək üçün əsas deyil. Hələ 20-ci əsrin əvvəllərində Azərbaycan Nobelə çox yaxın olub. Sona xanım Vəlixan - Azərbaycanın ilk qadın tibb elmləri doktoru, hələ 1931-ci ildə yazdığı endoftalmitin pataloji anatomiyası adlı məqaləsi ilə Nobel Komitəsinin diqqətini özünə cəlb etmiş, sadəcə müharibə başladığı səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmamışdı. Bəybala Ələsgərov Sona xanım Vəlixanın təqdimatını Stokholmdan - Nobel Komitəsinin arxivindən tapıb gətirib. Bu ilin dekabrında isə Nobel İnformasyia Mərkəzi Şeyxülislam Hacı Allahşükür Paşazədənin Nobel Sülh Mükafatına təqdimatını verəcək. İnşallah, 2015-də Nobeli yenidən Bakıda gözləyək.




Teqlər:



Xəbər lenti