Bakıda qanlı atışma - 6 yaralı

Bakıda qanlı atışma - 6 yaralı
  09 Oktyabr 2014    Oxunub:3456
Bu gecə Bakının Xətai rayonda qonşular arasında baş verən kütləvi dava silahlı insidentlə nəticəlib. Hadisə vaxtı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, rayonun Nazım Şükürov küçəsində baş verən hadisə zamanı qonşuluqda yaşayan iki ailə arasında dava düşüb. Əvvəlki ədavəti unutmayan Əkbərovlar ailəsi qonşuları Şaiq Quliyevlə küçəsinin girişində mübahisə ediblər. Sonu davaya çevrilən mübahisə zamanı Sənan Əkbərov ov tufəngi ilə Şaiqə məxsus “Mercedes” maraklı maşına bir neçə dəfə atəş açıb. Bunu görən Şaiq isə maşını ilə birgə dayısı Bəybala Azadəliyevin yaşadığı ünvana gəlib. Bundan sonra Əkbərovlar ailəsi davanı sona çatdırmaq üçün Şaiqin dayısının evinə üz tutublar, Balabəy Azadəliyevin evinin qarşısında baş verən dava nəticəsində ev yiyəsi və Şaiq Quliyev, eləcə də qarşı tərəfdən Rauf, Sənan Əkbərovlar, həmçinin onların atası Sahəddin və anaları Təzəgül müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar. Balabəy Azadəliyevin sözlərinə inansaq Əkbərovlar ailəsinin bundan öncə də, Şaiq Quliyevə qarşı eyni əməli törədiblər.

İnsidentdən xəbər tutan Xətai rayon polis idarəsinin əməkdaşları adı çəkilən ünvana baş çəkiblər. Zərəçəkən və hadisə şahidlərinin ifadələri alınmaqla yanaşı tufəngə məxsus gilizləri də maddi sübut kimi götürülüb. Hazirda faktla bağlı Xətai rayon polis idarəsinə araşdırmalar aparılır. Hələlik insidentin tam dəqiq səbəbləri açıqlanmır.


Teqlər:  



Xəbər lenti