İŞİD Türkiyəni təhdid etdi

İŞİD Türkiyəni təhdid etdi
  09 Oktyabr 2014    Oxunub:2002
İŞİD terror təşkilatı ABŞ-a dəstək verdiyinə görə Türkiyəni təhdid edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı Türkiyənin bu addımına görə cəzasını çəkəcəyini bildirib:

“Türkiyədə minlərlə yatan hüceyrəmiz var. Xaç yürüşlərinə dəstək verdiyinə görə bunun cəzasını çəkəcək”.

Terror təşkilatının Tvitterdə yaydığı açıqlamada Türkiyənin xəritəsi üzərinə əl qumbarası qoyulmuş fotosunu yayıb.

“Türkiyə İslam dövlətinə qarşı müharibəyə qoşulsa, təhlükədən kənar qalacağını zənn etməsin. Bizim cavabımız çox sərt olacaq”.

Qeyd edək ki, ötən gün Suriyanın Kobani şəhərini mühasirəyə alan İŞİD koalisiya qüvvələrinin aviazərbələrindən sonra geri çəkilib. Həmçinin Türkiyə Böyük Millət Məclisində Suriya və İraqa hərbi dəstək qərarının ratifikasiya edilməsi İŞİD-in təhdidinə səbəb olub.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti