Novruz Məmmədovdan önəmli açıqlama

Novruz Məmmədovdan önəmli açıqlama
  09 Oktyabr 2014    Oxunub:1874
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Respublika Partiyasının üzvü Robert Doldun ermənilərə verdiyi dəstəyi şərh edib.

N.Məmmədov bu barədə öz "Twitter" səhifəsində yazıb: “Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir”.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib.

R.Dold isə Dağlıq Qarabağın separatçı rejimini dəstəklədiyini və qondarma “erməni soyqırımı”nın tanınmasına birmənalı olaraq dəstək verdiyini bildirib.



Teqlər:  



Xəbər lenti