Müxalif deputatdan Siyavuş Novruzova dəstək

Müxalif deputatdan Siyavuş Novruzova dəstək
  09 Oktyabr 2014    Oxunub:2673
Türkiyənin kürdlərdən ibarət HDP partiyasının başqanı Səlahəddin Dəmitaşın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə millət vəkili Fazil Mustafa cavab verib.
AzVision.az xəbər verir ki, F.Mustafa Səlahəddin Temirtaşın “əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı”-deyə fikirlərini qınayıb.

Deputat S.Dəmirtaşın Türkiyəyə xəyanət etdiyini qeyd edib:

“Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq militanları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib, Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində öz xəyanətlərinin bədəlini ödəyirlər”.

F.Mustafa qeyd edib ki, Türkiyənin prezidenti Ərdoğanın açıqlaması tamamilə doğrudur, İŞID-lə PKK arasında heç bir fərq yoxdur.

“YAP-ın rəsmi şəxslərindən olan Siyavuş Novruzovun da terrorla mübarizədə Azərbaycanın Türkiyəyə hər cür dəstək verəcəyini vurğulamasını tənqid edənləri anlaya bilmədim.

Bəli, bu görüşü tam dəstəkləyirəm, növbəti Milli Məclisdə gündəmə gətirməyi də düşünürəm, Azərbaycan Milli Məclisi həm İŞİD, həm də PKK terroru ilə mübarizədə Türkiyəni dəstəkləmək barədə ən azı siyasi bəyanat verməlidir. Bizim hərbi dəstəyimizə ehtiyac olacaq-olmayacaq, bu başqa məsələdir. Dəmirtaş kimilərin nə söyləməyi əhəmiyyətli deyil, Türkiyə Azərbaycanın dar vəziyyətində göstərdiyi həssaslığı Azərbaycan da Türkiyə üçün mütləq göstərəcəkdir”-deyə deputat qeyd edib.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti