Gültəkin Hacıbəyli keçmiş ərini məhkəməyə verdi
Mahmud Mehdiyevin sözlərinə görə, keçmiş həyat yoldaşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib:
“Ötən ilin mayın 17-də keçirdiyim mətbuat konfransında onu təhqir etdiyimi iddia edərək mənim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağımı ustəyir”.
Bu gün - oktyabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Lakin iş günü sona çatdığı üçün iclas oktyabrın 13-ə təyin edilib.
Xatırladaq ki, Gültəkin Hacıbəyli eyni iddia ilə ötən ilin oktyabrında da Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında G.Hacıbəylinin şikayəti araşdırılaraq dəlil yetərsizliyindən rədd edilmişdi.
Apelyasiya Məhkəməsində isə hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


