TQDK işə qəbulla bağlı imtahan keçirir

TQDK işə qəbulla bağlı imtahan keçirir
  09 Oktyabr 2014    Oxunub:2370
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olunmaq istəyən namizədlər üçün oktyabrın 12-də test imtahanı keçirəcək.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulu bu il avqustun 1-dən oktyabrın 1-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb.

İmtahanda iştirak etmək istəyən 329 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlərə “İmtahana buraxılış vərəqəsi” Dövlət Miqrasiya Xidmətinin Aparatından təqdim olunur.

Test imtahanı Bakı Qızlar Universitetinin binasında (ünvan: M. Sənani küçəsi 14) saat 11.00-da başlanacaq. İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan Respublikasının tarixi və coğrafiyası, 10 sual kompyuter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır.
İmtahan 3 sааt dаvаm еdir. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

İmtahanın nəticələri TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.


Teqlər:  



Xəbər lenti