Xədicə İsmayıl susdu, məhkəmə bu günə qaldı

Xədicə İsmayıl susdu, məhkəmə bu günə qaldı
  10 Oktyabr 2014    Oxunub:2774
Oktyabrın 9-da KXCP-dən istefa verən bayraqdar Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb. Hazırlıq iclası qapalı keçirilib. Xədicə İsmayıl məhkəmənin suallarını cavablamaqdan imtina edib. Bildirib ki, yalnız bir halda sualları cavablayacaq: Məhkəmə ona bu işə aidiyyəti olması barədə sübut təqdim edərsə.

Elman Türkoğlu məhkəməyə bildirib ki, o, agent olmaması ilə bağlı arayış verməsi üçün MTN-ə müraciət edib. MTN də ona məhkəməyə müraciət etməyi məsləhət görüb, o da məhkəməyə müraciət edib.

Məhkəmə oktyabrın 10 saat 5-də davam edəcək.

Qeyd edək ki, E.Türkoğlu Xədicə İsmayılı şərəf və ləyaqətini alçatdığı üçün məkhəməyə verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti