Müsavatda sədr müavini istefa verdi

Müsavatda sədr müavini istefa verdi
  10 Oktyabr 2014    Oxunub:2538
Müsavat Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Rauf Məmmədli partiyadan istefa verib.
AzVision.az xəbər verir ki, o bu barədə facebook hesabında bildirib:

“Partiyadan ayrılmamla bağlı kiçik bir qeyd:

Mən Məmmədli Rauf Aydin oğlu partiyaya 2011-ci ildən qoşulmuşam. Üzv olduğum dövrdən partiyanın təşkil etdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış mitinqlərində iştirak etmişəm. İstər partiyaya gənc üzvlərin cəlb edilməsində, istərsə də partiya ideologiyasının təbliğində bacardığım qədər yaxından iştirak etmişəm. Düşünürəm ki, partiya mənə tapşırılan işlərin icra edilməsini də vaxtında həyata keçimişəm. Hal-hazırda Nəsimi rayon təşkilatında təşkilatı məsələlər üzrə sədr müaviniyəm. Bundan öncə gənclər təşkilatında sədr müavini və gənclər təşkilatında keçirilən seçkilər zamanı sədrliyə namizəd olmuşam.

Qeyd etmək istəyirəm ki, mən partiyaya şəxslərə görə gəlməmişəm. Mənim partiyaya üzv olmağımın başlıca səbəbi müsavatçılıq ideologiyasıdır. Mənim düşüncəmə əsasən biz bu ideologiyanı yaşatmalı və Rəsulzadə irsini qoruyub saxlamaqla gələcək nəsillərə ötürməliyik. Partiya üzvü olduğum illərdə mənə aydın oldu ki, müsavaçı olmaq partiyaya üzv olmaq demək deyildir. Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Bu gün mənim partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid olan insanlardır. Bu vaxta qədər mənə etimad göstərən, dəstək olan dostlarıma öz təşəkkürümü bildirirəm və əqidəli müsavatçılara haqq yolunda uğurlar arzu edirəm. Sağ olun.
P.S. Nizamnaməyə uyğun olaraq partiyanın özəyinə və rayon təşkilatının katibliyinə yazılı olaraq bu barədə məlumat verəcəm”.

AzVision.az


Teqlər:  



Xəbər lenti