Suriyada daha 2 azərbaycanlı öldürüldü

Suriyada daha 2 azərbaycanlı öldürüldü
  10 Oktyabr 2014    Oxunub:7062
Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytların yaydığı məlumata görə, öldürülən azərbaycanlılardan biri “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Əbu Abdu-Rauf Əl-Azəri” ləqəbli Azərbaycan vətəndaşı Seymur Topçubaşovdur.O, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ölüb.

S. Topçubaşov “İslam Dövləti” silahlı qruplaşmasında top-artilleriya taqımının komandiri olub.

Suriyada öldürülən digər azərbaycanlı isə “Abu Sureyya” ləqəbli Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.(lent.az)


Teqlər:



Xəbər lenti