Üzərindən soyuq silah tapıldı
Son günlər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən bu kimi bir neçə fakt aşkar edilib. Daha bir fakt isə Doha-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Ramiz Hüseynovun baqajına gömrük baxışı zamanı qeydə alınıb.
Belə ki, vətəndaş R. Hüseynovun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilərkən monitorda bıçaq təsvirləri əks olunub. Bununla əlaqədar, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları baqaja təkrar baxış keçirib və nəticədə R. Hüseynova məxsus çamadandan gömrük nəzarətinə təqdim edilməyən 2 ədəd bıçaq aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, 2 ədəd bıçaq - zavod üsulu ilə istehsal edilib, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçaqlarıdır, soyuq silah hesab edilir və istifadəyə yararlıdır.
Faktla bağlı təhqiqat aparılır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


