Ata qızının başını kəsdi

Ata qızının başını kəsdi
  11 Oktyabr 2014    Oxunub:2414
Biləsuvar rayonunda dəhşətli cinayət baş verib.
Bağbanlar kəndində 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev 1986-cı il təvəllüdlü qızı Aidə Hacıyevanın başını kəsib.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Tofəddin Hacıyev qızını öz evlərinin arxasında öldürüb.

Deyilənlərə görə, Aidə Hacıyeva bir neçə il əvvəl həyat yoldaşından ayrılıb. Tofiq Hacıyev rayonda yaşayan qızını namus üstündə öldürdüyü qeyd edilir.

Qeyd edək ki, Tofəddin Hacıyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, adam öldürmək üstündə 10 il dəmir barmaqlıqlar arasında olub və həbsdən yeni çıxıb.

Qizının başını kəsən ata polis tərəfindən saxlanılıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti