Paradoks mitinq: İŞİD və AB bayrağı bir arada

Paradoks mitinq: İŞİD və AB bayrağı bir arada
  12 Oktyabr 2014    Oxunub:7686
Bu gün maraqlı hadisə baş verdi: hamının ölmüş bildiyi Milli Şura mitinq keçirdi. Mitinqi maraqlı edən Milli Şuranın dirilməyi, ora toplaşanların sayını azlığı deyil, “Məhsul” stadionuna keçirmək istəməkdə qərarlı olmalıdır. Bunu Milli Şuranın mətbuat ruporu sayılan azadliq.org saytı da xüsusi qeyd elədi.

Mitinqin təbliğatı sosail şəbəkələrdə çox reklam edildi. Çox canfəşanlıq göstərdilər. Hətta şantaj da elədilər: məhbus valideyinləri mitinqə gəlməməkdə günahlandırırlar.



Əli Kərimlinin şantajı

Bu adamın elə bil xəmiri şantajla yoğrulub. Hakimiyyəti şantajı elədi, partiya üzvlərini şantaj elədi, indi də keçib məhbus yaxınlarını şantaj etməyə.
Əli Kərimli hətta hər seçkidə müttəfiqi olan Müsavat partiyasını da şantaj elədi: mitinqə gəlməyin. Amma görünən o oldu ki, Əli Kərimli-Cəmil Həsənli duetinin təşkil etdiyi mitinqə Müsavat rəhbərliyi onlardan tez, yəni mitinq təyin olunan vaxta orda idilər.
Hərçənd, onlara söz verilmədi, heç salamlayan da olmadı!



AB bayrağı

Mitinqi maraqlı edən şərtlərdən biri də AB bayrağının meydanda olmasıdı. Adamlar hələ də siyasi xətlərini müəyyən edə bilməyiblər. Bayırda İŞİD bayrağı, meydanda AB. Adam, bir dur: İŞİD hara, AB hara?



Bununla da kifayətlənməyiblər. Plakat açıblar: “AB ilə assosasasiya sazişi imzalansın”.

İlk qadın “peyğəmbər”

Mitinq başlar-başlamaz söz verildi Milli Şuranın Qrafinya de Monsorosuna – Gültəkin Hacıyevaya. O, ağzını açıb, qara eynəyini gözünə taxdı. Və ilk cümləsindən peyğəmbərliyə iddialı olduğunu ortaya qoydu: Bu mitinq Allahın əmriylə təşkil olunub. Quran hafizi olmasam da, xəbərim var ki, quranda 12 oktyabr 2014-cü il saat 15:00-da Bakı şəhərində Milli Şuranın mitinq olacağı barədə ayə yoxdu.

Əli Kərimlinin “çolka”sı



Əli Kərimlinin bu mitinqdə “priçoska”sını dəyişərək, “çolka” saxlamağı mitinq iştirakçılarının gözündən yayınmadı. AB tərəfdarları bunu Əli Kərimlinin liberal dəyərlərə sadiq olmağını, İŞİD-çilər isə Əbu Bəkr əl Bağdadiyə bənzətdilər. Baxmayaraq ki, Bağdadinin başında tük yoxdur.

Mitinqdə “chau, Bella” sədaları

Mitinq çox maraqlı keçdi. Hər yerdən bir səda gəlirdi: ordan eşit, burdan oyna. Milli Şura üzvləri dəyəsən çoxdandı toylarda olmurdular. Mitinqdə “chau, Bella”dan tutumuş “heyvagülü”yə qədər mahnı dinləyib dağılışdılar.



Mahnı demişkən, Əli Kərimli “beynəlxalq mükafatlar laureatları” deyəndə kimi nəzərdə tutduğunu anlamadım. Yəqin özünü nəzərdə tuturmuş, təvazükarlıqdan öz adını çəkmədi.

Nizam-ül-Mülk


Teqlər:



Xəbər lenti