“İsa Qəmbər gör nə səviyyəyə düşüb ki...” - Siyavuş Novruzov

“İsa Qəmbər gör nə səviyyəyə düşüb ki...” - Siyavuş Novruzov
  13 Oktyabr 2014    Oxunub:2606
“Müsavatda fikir ayrılıqlarının olacağını əvvəldən demişdik. Qeyd etmişdik ki, namizədlərdən hansı qələbə çalsa, o biri namizəd partiyanı tərk edəcək”.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Son günlər Müsavatda baş verən istefalardan söz açan S.Novruzov partiyada parçalanmanın davam edəcəyini qeyd edib:

“Qurultayın ədalətsiz keçirilməsi, saxtakarlıq edilməsinin nəticəsidir ki, bu gün partiyanın digər orqanları da formalaşdırıla bilmir. Nə Məclis üzvləri seçilib, nə də Nəzarət Təftiş Komissiyası formalaşa bilib. Bu da onu göstərir ki, bunlar ömrü boyu saxtakarlıq əleyhinə mübarizə aparmaq adı altında səs-küy salan adamlar normal, azad, ədalətli bir qurultay keçirə bilmədilər”.

S.Novruzov hesab edir ki, hazırkı vəziyyət partiyanın parçalanması ilə nəticələnəcək: “Gör nə səviyyəyə düşüb ki, mitinqdə Əli Kərimli İsa Qəmbərlə Arif Hacılının hərəsinin əlinə bir şəkil verib aşağıda, tribunanın altında saxlatmışdı, durub ona əl çalırdılar”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  



Xəbər lenti