Kartofun içindən də telefon çıxdı - Foto

Kartofun içindən də telefon çıxdı - Foto
  13 Oktyabr 2014    Oxunub:1130
Bakı İstintaq Təcridxanasına telefon keçirmək istəyinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə həbs edilən Elşad Şirvan oğlu Abbasovun yanına gətirilən sovqata baxış keçirilib.

Onun yanına qısamüddətli görüşə gələn Edqar Bəhmən oğlu Əmirovun üzərinə və əşyalarına baxış keçirilən zaman, gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilən, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti