Prezident təqaüd və medal verdi - Sərəncam

Prezident təqaüd və medal verdi - Sərəncam
  14 Oktyabr 2014    Oxunub:1985
Azərbaycan prezidenti İlham Əliyev fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamın əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə və Eldar Xanbaba oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Prezident həmçinin Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cəbrayılov Fuad Höcətağa oğlu
Fərəcov Yalçın Abbasəli oğlu
Fətəliyev Nazim Lətif oğlu
Həmidov Xəyyam Famil oğlu
Həsənov Hüseyn Sovet oğlu
Kərimov Faiq Alməmməd oğlu
Məmmədova Məhəbbət Sabir qızı
Osmanova Hürü Bilal qızı
Vəliyev Yavər Şirin oğlu
Zeynalov Cavanşir Allahverdi oğlu


Teqlər:



Xəbər lenti