Bu gün 25 dərəcə isti olacaq

Bu gün 25 dərəcə isti olacaq
  14 Oktyabr 2014    Oxunub:1316
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Dağlarda isə gecə 4-8 dərəcə, gündüz 10-15 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:



Xəbər lenti