Azərbaycanda yaşayan yəhudi və xristianlara `yas qadağası`

Azərbaycanda yaşayan yəhudi və xristianlara `yas qadağası`
  14 Oktyabr 2014    Oxunub:7211
“Yas mərasimlərində israfçılığın aradan qaldırılması yalnız islam toplumuna şamil edilmir. Bu, bütövlükdə, cəmiyyətimizdəki digər dini icmalara da aid olan məsələdir. Xristianlar, yəhudilər və digər dinlərin nümayəndələrinin də bu tövsiyələrə əməl etmələri məqsədəuyğundur”.

AzVision.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri dini icma nümayəndələrinə müraciət edərək onları yas mərasimlərində israfçılığa yol verməməyə çağırıb:

“Onlar öz dinlərinin mahiyyətini əsas götürməli, yas mərasimlərində israfçılığa yol verməməlidirlər”.

Azərbaycan cəmiyyətində din sahəsində böyük maarifləndirmə işlərinin aparıldığını deyən M.Qurbanlı qeyd edib ki, yas mərasimlərində ifrat israfçılığın aradan qaldırılması yönündə vətəndaşlar özləri addımlar atmaqdadırlar. Burada hər hansı məcburilikdən söhbət gedə bilməz.

Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti