Arif Hacılı Müsavatı parçalayır - Partiyada çaxnaşma

Arif Hacılı Müsavatı parçalayır - Partiyada çaxnaşma
  14 Oktyabr 2014    Oxunub:4353
`Bunlar nə dediklərini, nə etdiklərini bilmirlər`
Müsavat Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Rauf Məmmədli istefasından sonra Müsavat başqanı Arif Hacılının Müsavatı parçalayan qrupundan danışıb.

AzVision.az xəbər verir ki, eks-sədr müavininin sözlərinə görə, həmin qrup Arif Hacılının əmrlərini yerinə yetirmək üçün yaradılıb:

`Arif Hacılının təşəbbüsü ilə yaradılan Müsavat üzvlərindən ibarət bir qrup var. Bu qrupun üç idarəçisi var. Bu idarəçilərdən biri Arif Hacılın əmrlərini icra edən və onun təşəbbüsü əsasında eyni adlı qrupa idarəçi kimi təyin olunmuş bir şəxsdir. Deməli, bizim partiyadan ayrılmamızla bağlı məsələ mətbuatda yer alan kimi qrupun bu idarəçisi dərhal məsələyə münasibət bildirib, hətta bununla bağlı sonradan status da yazıb. Adam deyir ki, bu qrup partiyanın rəsmi qrupudur. Partiyadan çıxmaqla bağlı qərar verən insanlar, artıq burada fəaliyyət göstərə bilməz`.

Partiya fəalının sözlərinə görə, Müsavatdakılar nə dediklərini, nə etdiklərini bilmirlər:

`Digər tərəfdən isə Arif Hacılının yaxın silahdaşları Gülağa Aslanlılar, Elman Fəttahlar partiyadan ayrılmış gənclərlə bağlı məsələyə münasibət bildirərkən qeyd ediblər ki, rəsmi şəkildə bu barədə partiyaya müraciət olunmayıb. Nizamnaməni əsas gətirib partiyadan ayrılmaqla bağlı sosial şəbəkələrdə yazılmış bəyanatları əsassız hesab ediblər. Bu məsələyə rəsmi müraciət olunduqdan sonra bir söz deyə biləcəklərini dilə gətiriblər. Yəni, bunların sözündən belə çıxır ki, biz hal-hazırda partiya üzvüyük. Bunlar ya özləri nə dediklərini, nə etdiklərini bilmirlər, ya da ki, bunların tutduğu yol, yürükdükləri siyasət belədir. Mətbuata açıqlama verərkən özlərindən mələk obrazı yaradıb, amma öz daxili qruplarında belə məkrli işlərlər məşğul olmaq. 21-ci əsrdə ən güclü təbliğat və ünsiyyət vasitəsi kimi qəbul edilən bir sosial şəbəkəni çayxana ilə müqayisə etmək və buranı həqiqətən də çayxanaya çevirmək istəyənlərdən başqa bir şey gözləmək də axmaqlıqdır`.

Qeyd edək ki, Müsavat Partiyasının Nəsimi rayon təşkilatının sədr müavini Rauf Məmmədli ötən günlərdə partiyadan istefa verib.

Mirvari Nəcəf


Teqlər:  



Xəbər lenti