`Ohanyan Azərbaycanın təbliğatını aparır`

`Ohanyan Azərbaycanın təbliğatını aparır`
  14 Oktyabr 2014    Oxunub:3235
`Ermənilər işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verir`

AzVision.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Aydın Mirzəzadə "Facebook" səhifəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqlamasına münasibət bildirib.

Deputat vurğulayıb ki, erməni nazir vaxtaşırı hərbini siyasətə qarışdıraraq, hətta öz vətəndaşlarının təəccübünə səbəb olan bəyanatlar verir:

`Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır.
Mətbuat xəbər verir ki, Ermnistanın Baş hərbiçisi Seyran Ohanyan özünün rəhbərlik etdiyi ordusunun vəziyyəti ilə açıqlama yayıb.

Uğursuz zabit və ondan da uğursuz siyasətçi Ohanyan bu dəfəki bəyanatı ilə isə ölkəsini lap şoka salıb. Çünki, onun dedikləri ilə Azərbaycan siyasətçilərinin və ekspetlərinin dedikləri ilə tamamilə üstü-üstə düşür. Şübhə yoxdur ki, erməni nazir reallığı deyib, ancaq o əvvəl bunu ancaq Ermənistan prezidentinin yanında qapalı iclaslarda deyirdisə, indi artıq açıq şəkildə deyir. Görünür artıq gizlətməyin mənası yoxdur.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub:

`Zabitlərin əsgərlərə qarşı normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kəsə sirr deyil ki, zabitlərin son zamanlar “belə fəaliyyəti” çox acınacaqlıdır. Hazırda orduda olan nizam-intizam ciddi şəkildə pozulur”

Tamamilə düzgün fikirdir. Bu fikri Azərbaycan tərəfi həmiş deyir və bildirir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Bildirik ki, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir, ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır.

Ohanyan düzünü dedi, ancaq özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkindi. Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri ( elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir, o Sarkisyan və Ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə işğal məhz faktoru dayanır. Əhali ölkədən qaçır, minilliklərdən sonra təsadüfən yaranmış erməni dövləti layihəsi iflasa uğrayır, sabaha ümüid yoxdur.

Bütün bunlar da Ermənistan prezidenti yanında qapalı iclaslarda tez-tez səslənir. O fikirlərin də açıq dedyiləcəyi gün uzaqda deyil. Kim gözləyərdi ki, Ohanyan Ermənistan ordusunun içində Azərbaycan tərəfinin sözlərini deyəcək`

AzVision.az


Teqlər:  



Xəbər lenti