İlham Mirzəyevə hökm oxundu - 4 il 6 ay
AzVision.az apa-ya istinadən xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Mirzəyev isə çıxışında onun barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


