İlham Əliyev Tacikistana gedir

İlham Əliyev Tacikistana gedir
  14 Oktyabr 2014    Oxunub:1738
Prezident İlham Əliyev Tacikistana səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə tacik KİV xəbər yayıb.

Məlumata əsasən Azərbaycan prezidenti 16-17 oktyabr tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.

Səfər zamanı Azərbaycan liderinin öz tacik həmkarı Emoməli Rəhmon, bir sıra dövlət rəsmiləri ilə görüşəcəyi planlaşdırılır.

Prezidentlərin iki ölkə arasında iqtisadi əməkdaşlığa dair sənədləri imzalayacağı gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti