Müsavat Cəmil Həsənliyə cavab verdi

Müsavat Cəmil Həsənliyə cavab verdi
  14 Oktyabr 2014    Oxunub:1742
“Bizə əvvəlcədən deyilmişdi ki, Müsavat partiyası necə istəyirsə, o cür də mitinqdə iştirak edəcək. Amma sonrada belə olmadı”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı Milli Şura sədri Cəmil Həsənlinin Müsavatla bağlı səsləndirdiyi fikirlərə cavabında bildirib.

G.Aslanlı Milli Şura və eləcədə onun mitinqi ilə bağlı məsələlərin Müsavat üçün maraqlı olmadığını deyib:

“Müsavat Partiyasının hələ ki, nə müavinliyi, nə də Divanı olmadığı üçün mitinqdə iştirak yalnız Məclisdə müzakirə oluna bilərdi. Məclis günü isə zəng edib dedilər ki, Milli Şuranın Koordinasiya Mərkəzi həm gündəliyi, həm tirubunada olacaq şəxsləri, həm də çıxışçıları müəyyənləşdirib. Məsələ belə olub, amma bu, artıq bizim üçün bitdi. Bu mövzuuya bir daha qayıtmaq istəmirik”.

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli Milli Şuranın mitinqində partiya yetkililərinin tribunada çıxış etməməsində Müsavatı ittiham edib:

`Gülağa bəy sual etdi ki, əgər iştirak etsələr, tribunada təmsil olunub çıxış edə biləcəklərmi? Cavab verdim ki, əgər belə bir fikirləri varsa, tez müəyyınləşdirib Koordinasiya Mərkəzinə məlumat verin. Amma mərkəzin toplantısına qədər Gülağa Aslanlıdan xəbər olmadı. Biz isə oktyabrın 10-da təşkilati məsələləri müzakirə edib qərar qəbul etdik, yəni kimlər tribunada dayanacaq və kimlər çıxış edəcək. Müsavat Partiyası məsələni mitinqə bir gün qalmış, oktyabrın 11-də müzakirəyə çıxartmışdı. Bir daha deyirəm, səhv salınmasın, birinci zəng Gülağa bəyin özü tərəfindən olub. Ikinci dəfə mən ona zəng edib Koordinasiya Mərkəzinin toplantısı və qərarı barədə təəssüflə dedim ki, sizin münasibətiniz mərkəzin toplantısına qədər daxil olmadı`.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti