Yeni icra başçısı prezidentə söz verdi
AzVision.az xəbər verir ki, E.Vəliyev təqdimat mərasimində bildirib ki, bir neçə il ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan N.Hacıyev ölkə rəhbərinin 13 oktyabr 2014-cü il sərəncamına əsasən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, N.Hacıyevi ictimaiyyətə təqdim edərək, ona işlərində uğurlar arzulayıb.
N.Hacıyev çıxış edərək ona göstərilən etimada görə, ölkə rəhbərinə minnətdarlığını bildirib. O, yeni təyin edildiyi vəzifəyə layiq olacağına söz verib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


