Gənclər üçün forum keçirilib - Fotolar

Gənclər üçün forum keçirilib - Fotolar
  14 Oktyabr 2014    Oxunub:1669
"Az-Tur” Turizmə Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə "NEXT" Sağlam Düşüncə Gənclər Forumu təşkil edib.
AzVision.az xəbər verir ki, 28-30 sentyabr tarixlərində keçirilən forumda iştirak edənlər sağlam düşüncə ilə bağlı müxtəlif təlimatları dinləyib.

Bakı və Azərbaycanın müxtəlif regionlarından 14-29 yaş arası gənclər iştirak etdiyi forumda gənclər sağlam düşüncə ilə bağlı fikirlərini bölüşüblər.

İki gün davam edən forumda iştirakçılar mövzu ətrafında müxtəlif müzakirələrə qoşulub.
Forum Bakının "Old Baku" otelində keçirilib.


AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti